Etiraz aksiyası zamanı həbs olunan belaruslu futbolçu azadlığa buraxıldı

Belarusun BATE klubunun futbolçusu Anton Saroka sərbəst buraxılıb.
Ölkədə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyası zamanı saxlanılan belaruslu hücumçu azadlığa çıxıb.
Daha əvvəl 28 yaşlı oyunçuya 7 sutkalıq inzibati həbs cəzası verilmişdi.
Qeyd edək ki, BATE-yə 2019-cu ilin martında Belçika “Lokeren”indən keçən Saroka bu mövsüm Borisov təmsilçisinin heyətində 5 oyuna çıxıb və 2 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: