Koronavirusa yoluxan tanınmış həkim sağaldı

Koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev sağalıb.

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, COVİD-19 virusuna yoluxmuş həkim Cavid Paşayev sağalıb: “O, xəstəliyi çox ağır keçirmişdi. Artıq sağalıb və bu gün evə buraxılacaq. Koronavirus xəstələrinin müalicəsinə göstərdiyi dəstəyə görə birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürlərimi bildirirəm”.

Qeyd edək ki, Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: