Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Bəkir Sarıyev Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, B.Sarıyev həmin idarənin rəis müavini vəzifəsində xidmət edib.

Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Oxu.Az-a təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: