Koronavirusun qeyri-standart simptomları açıqlandı

Britaniyalı alimlər yaşlı adamlarda COVID-19-un gedişatını izləyərək, onların çoxunda xəstəliyin atipik (qeyri-standart) simptomlarının müşahidə edildiyi qənaətinə gəliblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu məqsədlə aprelin 7-dən iyunun 29-dək qocalar evinin sakinləri izlənib.

Testləri müsbət nəticə göstərən 103 nəfərin yalnız 38 faizində koronavirusun standart simptomları olub.

Məlumata görə, 54 nəfərdə xəstəliyin heç bir əlaməti olmayıb və ya onlar iki həftədən sonra ortaya çıxıb.

Eyni zamanda, yoluxmuş insanların çoxunda halsızlıq və ya ümumilikdə səhhətin pozulması müşahidə edilib ki, bunu da alimlər koronavirusun atipik simptomları hesab ediblər.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: