Polisin barmağını avtomobilin şüşəsinin arasında qoyub yol ilə sürüdü – Video

Rusiyanın Sankt-Peterburq şəhərində sürücü ona cərimə yazmaq istəyən yol polisinə ağır xəsarət yetirib.

REN TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yol polisinin müfəttişi “BMW” markalı avtomobili saxlayaraq sürücüyə idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsi barədə irad bildirib.

Sürücü qanunun tələbinə məhəl qoymayaraq polisin barmaqlarını avtomobilin pəncərəsinə sıxaraq nəqliyyat vasitəsini işə salıb.

Nəticədə avtomobil yol polisi müfəttişini 700 metrə qədər asfaltın üzərində sürüyüb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində sürücü saxlanılıb.

Onun barəsində cinayət işi açılacağı gözlənilir.

<iframe src=’http://baku.tv/embed/23322′ width=’640′ height=’360′ frameborder=’0′ scrolling=’no’ allow=’autoplay; encrypted-media’ allowfullscreen></iframe>

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: