Samsung yeni nəsil Exynos prosessorlarının yaradılması üçün ARM və AMD ilə birləşəcək

Samsung şirkəti təkcə smartfon istehsalı ilə məşğul olmur. O həmçinin öz bəzi smartfonlarında Qualcomm prosessorlarının analoqu kimi çıxış edən Exynos prosessorlarının istehsalını da reallaşdırır. Bəzi insayderlərin məlumatlarına əsasən ABŞ-ın Qualcomm şirkəti ilə ciddi rəqabətə girmək və yeni nəsil mobil prosessor yaratmaq üçün Samsung yaxın zamanda ARM və AMD kimi böyük istehsalçılar ilə birləşəcək. Bu barədə Androidcentral saytı xəbər verib. Keçən ilin noyabr ayında Samsung rəsmi olaraq bildirmişdi ki, o, Exynos prosessorları üçün fərdi nüvələrin istehsalatlarını dayandırır.

İnsayderlərin verdikləri məlumatlara əsasən yeni nəsil Exynos prosessorları üçün ARM ilə birlikdə Cortex-X nüvələrini hazırlayaraq Samsung şirkəti artıq istehsalı dayandırılmış fərdi nüvələrə ideal analoq tapıb. Məlumata əsasən yeni nəsil Exynos prosessorlarının daha bir üstünlükləri ondan ibarət olacaq ki, onlar AMD tərəfindən yaradılmış qrafik sürətləndiriciyə sahib olacaqlar. Bu üsul ilə Samsung şirkəti Qualcomm-la ciddi rəqabətə girməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: