Çingiz Qənizadə ağladı

Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, I Qarabağ müharibəsi zamanı Şuşa və Laçının müdafiəsi uğrunda döyüşmüş təqaüddə olan prokurorluq əməkdaşı Tanrıverdiyev Telman Əliş oğlu koronavirusdan dünyasını dəyişib.
Bu barədə mərhumun tələbə yoldaşı və dostu, sabiq deputat Çingiz Qənizadə məlumat verib.
Çingiz Qənizadə dostunu itirdiyinə görə çox məyus olub. O, müsahibə verən zaman emosiya və hisslərini gizlədə bilməyib, dostunun ölümünə görə ağlayıb.
Telman Tanrıverdiyev ötən gün gecə saatlarında dünyasını dəyişib. Bu gün isə mərhum torpağa tapşırılıb.
Qeyd edək ki, Telman Tanrıverdiyev Laçın rayon Polis şöbəsinin müavini, Laçın rayon prokuroru və prokurorluq orqanlarında müxatəlif vəzifələrdə çalışıb. İki il öncə təqaüdə çıxıb.
Allah rəhmət etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: