“Evimizə sənətkarlar gəliblər, onların bir-biri ilə münasibətlərini görmüşəm, paxıllıqlarını yox”

Bəstəkar Eldar Mansurov ATV-də yayımlanan “Bağ mövsümü” proqramında qonaq olub.
Musiqiçi estradanın indiki vəziyyətindən şikayətlənib. O, aparıcının “Bugünki müasir sənət yolumuz möhkəmdir” sualına belə cavab verib:
“Bu sualla ətrafdakı bu ağacların xətrinə dəyməyin. Onlar gözəl bar verir. İstərdim ki, bizim də estrada elə bar versin. Heyif estrada belə deyil. Gözəl estradamız var idi. Bu mənim sənətim idim. Fikir çəkirəm. İndiyənə kimi estradamız necə idi, indi nə gündədir. Yaxşılarla işləmişəm. İndikilərlə müqayisəyə gəlmirlər, çünki indikilərin səviyyəsi çox aşağıdır. Baxın, Müslüm Maqomayev, Flora Kərimova, Yalçın Rzazadə… Görün kimlər var idi. Bu gün olanlara baxın. İndi gözə tək-tək dəyirlər.
Gözümü açıb evimizdə muğam görmüşəm. Evimizə sənətkarlar gəliblər. Onların bir-biri ilə münasibətlərini görmüşəm, paxıllıqlarını yox”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: