Prezidentin köməkçiləri tanınmış videoblogerlə görüşdü – FOTO

Satirik videoların müəllifi Ərtoğrul Kamalov Azərbaycan Respublikası Prezidentinin köməkçiləri – Şahmar Mövsümov və Hikmət Hacıyevlə görüşüb.
Bu barədə Ə.Kamalov özü bildirib.
“Çox dəyərli Şahmar müəllim və Hikmət müəllimlə görüşümüz baş tutdu. Mənimçün qururverici anlar idi. Səmimiyyətləri isə tamam başqa idi. Var olun ölkəmizin dəyərli oğulları. Allah Sizi qorusun.. Nə yaxşı ki, Sizi şəxsən tanıdım, nə yaxşı ki, varsınız. Şahmar müəllim də, Hikmət müəllim də videolarımı çox bəyəndiklərini və davam etməyimi istədilər”, – o əlavə edib.
Qeyd edək ki, H.Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bir neçə gün öncə keçirilən brifinqində çıxışı zamanı Ə.Kamalovun hazırladığı videomaterialları bəyəndiyini bildirərək onu Prezident Administrasiyasına dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: