S&P 500 indeksi rekord həddə yüksəldi
ABŞ-da 500 ən iri şirkəti ehtiva edən S&P 500 indeksi bu gün səhərki hərracda 3395,06 faiz bəndinə çataraq yeni tarixi maksimum həddinə yüksəlib.
3393,52 faiz bəndi olan əvvəlki rekord fevralın 19-da qeydə alınmışdı.
CNBC xəbər verir ki, indiyədək sözügedən indeks hərracın sonunda 3386,15 faiz bəndi həddini keçməmişdi.
Ekspertlərin rəyinə görə, bu yüksəliş ABŞ-ın əsas İT şirkətlərinin səhmlərinin yüksəlməsilə bağlıdır.
Belə ki, “Facebook”, “Amazon”, “Apple”, “Netflix”, “Microsoft” kimi şirkətlərin səhmləri ilin əvvəlindən etibarən 27 faiz və daha çox, “Alphabet”in isə 14 faizdən çox bahalaşıb.