Dünyada bir ilk: Papa Françesko trans qadınlara dəstək verdi…

Katolik Kilisəsinin lideri Papa Françesko Argentinada bir rahibənin çətin vəziyyətdək trans qadınlara yardım məqsədi ilə başlatdığı mənzil kompleksi layihəsini dəstəkləyib.
Papa Françesko bir məktubla Argentina mediasının “dünyanın ilk trans məhəlləsi” kimi adlandırdığı layihəyə dəstək olduğunu bildirib.
Neuken şəhərində bir monastır ərazisində trans qadınlara ev verən rahibəyə məktub yazan Papa Françesko “Sən və qızların üçün dua edirəm” deyərək rahibənin başlatdığı layihəyə dəstək olduğunu söyləyib.
İtaliya mediasında yayılan xəbərlərə görə, çətin vəziyyətdəki trans qadınlar üçün başladılan mənzil layihəsi, Papa Françeskonu Buenos Ayres şəhərinin baş yepiskopu olaraq çalışdığı zamandan bəri tanıyan rahibə Mónika Astorqa Kremona tərəfindən həyata keçirilib.
Sözügedən rahibə 40-70 yaşları arasındakı 12 trans qadını yaşayış yeri ilə təmin etmək məqsədi ilə monastıra aid bir ərazidə yaşayış kompleksi tikdirib.
Qeyd edək ki, Mónika Astorqa Kremona fahişəliyə məcbur edilən və iş tapmaqda çətinlik yaşayan trans qadınlara yardım edən “Carmelitas Descalzas” monastırında baş rahibə kimi çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: