“İtkin növ” kimi tanınan canlı 50 il sonra ortaya çıxdı…

Cibutidə 50 il sonra itkin növ kimi tanınan “fil siçanı” ortaya çıxıb. Bir tədqiqat səfəri zamanı tapılan canlının elmi qeydlərə görə, 1970-ci illərdə görüldüyü bildirilir.
Elmi adı “macroscelides micus” olan canlı genetik olaraq fil nəslindən gəldiyi üçün“fil siçanı” olaraq adlandırılır.
Uzun burnu və siçana bənzəyən görünüşü ilə diqqət çəkən və 50 ildir görülmədiyi üçün “itkin növ” kimi tanınan məməmli Afrikada ortaya çıxıb.
Mütəxəssislər buradakı heyvanların yaşadıqları ərazilərin tarlalardan və insanların məskunlaşdığı ərazilərdən uzaq olduğu üçün nəsillərinin təhlükə altında olduğunu söyləyib.
Qeyd edək ki, sözügedən canlı fil, dəniz inəyi və yer donuzu kimi heyvanlarla eyni qrupun üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: