Qəbul imtahanının balları aşağı salınacaq? – DİM

Hazırda qəbul imtahanlarında balların aşağı salınması ilə bağlı mövcud şərtlərin dəyişdirilməsi nəzərdə tutulmur.
Bu barədə bir çox ekspertlərin ali məktəblərə qəbul imtahanında balların aşağı salınması təklifi ilə bağlı sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd edilib ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanında hər iki mərhələ üzrə birlikdə topladığı ümumi bal əsasında aparılır:
“Müsabiqəyə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Lakin müəyyən ixtisaslar var ki, həmin ixtisaslar üzrə tətbiq edilən tələblər fərqlidir. Bəzi ixtisaslarda ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər də buraxılır”.
V ixtisas qrupu üzrə isə 75, 60, hətta 30 balla müəyyən ixtisasların müsabiqəsində iştirak etməyə icazə verilir:
“Müsabiqə şərtləri ilə “Abituriyent” jurnalının 2 saylı buraxılışında ətraflı tanış olmaq olar və hazırda bu şərtlərin dəyişdirilməsi nəzərdə tutulmur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.