Azərbaycanda Məhərrəm ayı başladı

 

Bu gecə İslam dünyasında məhərrəm ayı daxil olub.

Hicri təqvimi üzrə 1442-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2020-ci il avqustun 21-nə təsadüf edir.

Məhərrəm ayının 9-cu günü (29 avqust) Tasua günü adlandırılır həmin gün Marneulidə və ətraf rayonlarda Hz. İmam Hüseyn üçün izdihamlı yürüyüşlər təşkil olunacaq. Məhərrəm ayının 10-cu günü yəni Aşura isə avqustun 30-na təsadüf edir.

Qeyd edək ki, Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, fəqət hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub.

Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.