Şərqi Aralıq dənizində GƏRGİNLİK – BƏƏ qırıcıları Yunanıstan üçün hərəkətə keçdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 4 ədəd F-16 təyyarələri Yunanıstanın Krit adasında yerləşən Souda aviabazasına göndərmək qərarına gəlib.

Təyyarələr bu gün adada yerləşdirilib.

BƏƏ-yə məxsus F-16-ların Yunanıstan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri ilə birgə təlim fəaliyyəti həyata keçirəcəyi qeyd edilib.

Qeyd edək ki, Şərqi Aralıq dənizində Ankara və Afina arasında gərginlik davam edir. ABŞ dövlət katibi Mayk Pompeo və Mövlud Çavuşoğlu arasındakı görüşdən sonra ABŞ-ın yeni sinif nəhəng gəmilərindən ikincisi olan “USS Hershel Woody Williams” Krit adasında lövbərlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.