Trampın keçmiş müşaviri SAXLANILDI

 

ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennon dələduzluq ittihamı ilə tutulub.

Bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bennon və Brayan Kolfaq, Endryu Badolato və Timoti Şianın ABŞ-Meksika sərhədində qurulan divar üçün “Biz divar qururuq” kampaniyasına ianə verən vətəndaşları aldatdığına görə həbs olunublar. Kampaniyadan təxminən 25 milyon dollarlıq yardım toplanıb.

Nazirlik Bennonun şəxsi xərcləri üçün 1 milyon dollara yaxın ianə xərclədiyini iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.