Beşbarmaqda köməksiz qalan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat qəsəbəsi ərazisində yerləşən Beşbarmaq dağında köməksiz vəziyyətdə qalan 1 nəfərin xilas olunması üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən   verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş dağdan düşürülüb və halsız vəziyyətdə olduğu üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.