Göyçayda yas mərasimi: başçı özü gəldi… – Foto

Göyçay şəhər M.Ə.Rəsulzadə küçəsində yas mərasimi keçirilməsinin qarşısı alınıb.
Rayon İcra Hakimiyyəti başçısı və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai nəzarət komissiyası və polis əməkdaşları dərhal həmin əraziyə gələrək, yas mərasimini dayandırıblar.
Mərasimi təşkil edən Fizuli Hüseynov və yas mərasimində iştirak edən şəxslər barəsində karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.
Başçı sakinlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərərgahın karantin rejiminə, qayda-qanunlarına, verilən tapşırıq və tövsiyələrə əməl olunmasının vacibliyini diqqətə çatdırıb.
Yas mərasimi təşkil edən Fizuli Hüseynov karantin qaydalarını pozmasından peşmanlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.