“NATO qoşunları Belarus sərhədlərinə yaxınlaşır” – Lukaşenko

Prezident Aleksandr Lukaşenko Belarusdakı vəziyyətin gərginləşdirilməsi üçün NATO-nun hərbi dəstək verdiyini iddia edib.

Lukaşenko bu barədə Qrodno şəhəri yaxınlığındakı hərbi təlim poliqonuna səfəri zamanı deyib.

“Hərbi dəstək göz qabağındadır – NATO qoşunları sərhədlərə doğru hərəkət edir. Hamısı guya yeni prezidenti bura gətirməyə çalışır. O (Svetlana Tixanovskaya- red.), qərb dövlətlərinə, bu vəziyyətdə isə NATO-ya əhalini qorumaq üçün müraciət edir. Qoşun yeridirlər, bununla Belarusun sonu ola bilər”,-deyə A. Lukaşenko qeyd edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.