Türkiyəyə görə Tiflisə “savaş” elan edildi

Gürcüstanın Azərbaycan və Türkiyə ilə yüksək münasibəti, xüsusilə İrəvana Rusiyadan göndərilən hərbi yükü daşıyan təyyarəni hava sərhədindən buraxmaması separatçıları və erməniləri aktivləşdirib. Onlar Gürcüstana qarşı təbliğat savaşına başlayıblar.
 Rus və Gürcü Xalqlarının Birlik Fondunun prezidenti Vladimir Xomerikin Türkiyənin guya Acarıstanı geri alacağı ilə bağlı iddiasının ardınca bu dəfə Cənubi Osetiyanın “xarici işlər naziri” Dmitri Medoyev ortaya atılıb. O bildirib ki, Gürcüstanın “türkləşməsi qaçılmazdır” və bu, təkcə Acarıstanda yox, şərqdə də baş verəcək.
“Gürcüstanı heç kim xilas edə bilməz. Hakimiyyətə yalnız regionda yeni reallıqları adekvat qəbul edib, təhdidləri real dəyərləndirən gürcüyönlü qüvvələrin gəlişi ölkəni xilas edə bilər. Addımlardan biri gec olmadan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqdır. Bir il sonra Qars müqaviləsi bitdiyi üçün gec ola bilər”, – deyə o bildirib.
Qeyd edək ki, Türkiyə Gürcüstanın ərazi bütövlüyünü tanıyır və ikitərəfli yüksək əlaqələr qurub. Eyni zamanda, “Qars müqaviləsinin müddətinin 100 il olduğu” haqda bu sazişdə heç bir bənd yoxdur. Ona görə də bu hay-küyün erməni provokatorlar tərəfindən düşünüldüyü şübhəsizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.