Ermənistandan Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2020” yarışmalarında Ermənistan Azərbaycana qarşı təxribat törədib.

Təxribat beynəlxalq yarışmada iştirak edən ölkələrin mədəniyyətlərinin sərgisi zamanı yaşanıb.

Azərbaycan Respublikasının milli musiqi alətləri olan tar, saz erməni milli musiqi alətləri kimi sərgi iştirakçılarına təqdim olunub.

Azərbaycan nümayəndə heyyəti artıq təşkilatçılara bu barədə öz narazılıqlarını bildirib.

Nəzərinizə çatdıraq ki, Azərbaycanın da qatıldığı hərbi oyunlar bu gün başlayıb və sentyabrın 5-nə kimi davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.