Biləsuvarın yeni icra başçısı kimdir? – DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Faiq Qürbətov bu təyinatadək İctimai Televiziyada Aparat rəhbəri vəzifəsində çalışırdı. O, həmin vəzifəyə 2018-ci ilin iyununda gətirilmişdi.
O, daha əvvəl isə Azərbaycan Gənclər Fondu Aparatının rəhbəri kimi fəaliyyət göstərib.
2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.