Lukaşenko heç yerə qaçmayıb – RƏSMİ AÇIQLAMA

Belarus Prezidenti Aleksandr Lukaşenko bütün günü igamətgahında işləyib, mitinqçilərin gəldiyi vaxt da orada olub, daha sonra vertolyotda şəhəri gəzib, qayıdıb və işləməyə davam edir: o heç yerə qaçmayıb.

Bu barədə dövlət başçısının mətbuat katibi Natalya Eysmont “ONT” telekanalının efirində bildirib.

Esymont qeyd edib ki, “nə baş verəcəyini görən mitinqçilərin cəsarəti çox uzun çəkmədi, bu insanlar tez çöndülər və əks istiqamətə qaçdılar”.

“Bundan sonra prezident vertolyot çağırdı və şəhəri gəzdi. Yüksəklikdən mitinqə baxdı, həmçinin vəziyyətə nəzarət edirdi. Tezliklə Müstəqillik sarayına qayıdan prezident, ilk növbədə, sarayı perimetr boyu müdafiə edən şəxslərə təşəkkürünü bildirdi. Eləcə də OMON-çulara yaxınlaşdı, onlarla söhbətləşdi, həmçinin onlara da təşəkkür etdi”, – Eysmont deyib.

Onun sözlərinə görə, ayrı-ayrı bloqqerlər və teleqram kanallar A.Lukaşenkonun ölkədən qaçdığını iddia etsə də, “prezidentin söz verdiyimi kimi, o heç yerə qaçmayıb”.

“Bu dəqiqələrdə prezident indiyədək Müstəqillik sarayında çalışır”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.