Sadıqovun komandası ilk oyunda heç-heçə etdi

Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.

Bu gün keçirilən turun sonuncu oyununda “Qəbələ” və “Zirə” komandaları üz-üzə gəlib.

Bu, həm də Rəşad Sadıqovun “Zirə” klubunun sükanı arxasında baş məşqçi kimi ilk rəsmi görüşü olub.

Matça sürətli başlayan “Qəbələ” Asif Məmmədovun erkən qolu ilə hesabı açıb. Lakin yarım saat tamam olmamış qonaqlar bərabərliyi bərpa ediblər. Kapitan Ağabala Ramazanov fərqlənib. Qalan vaxtda qapılara qol vurulmadığından, mövsümün ilk heç-heçəsi qeydə alınıb. Görüşə əlavə edilmiş dəqiqələrdə isə Rəşad Sadıqovun komandası meydanda azlıqda qalıb. Hacıağa Hacılı mövsümün ilk qırmzı vərəqəsini alıb. Bununla “Qəbələ” ardıcıl 7-ci Premyer Liqa oyununda “Zirə”yə uduzmayıb.

Qeyd edək ki, birinci turun ilk 3 oyununda “Keşlə” “Sumqayıt”a (1:0), “Neftçi” “Səbail”ə (2:1), “Qarabağ” isə “Sabah”a (2:0) qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.