Əsir götürülən erməni diversantla bağlı danışıqlar başladı – Rəsmi

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əsir götürülən erməni diversantla bağlı danışıqlara başlayıb.

Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib: “BQXK hər iki tərəfin aidiyyatı qurumları ilə bu məsələ ilə bağlı əlaqədədir. Komitə mandatına əsasən, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkir, bu şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin bu şəxslərə ailə əlaqələrini saxlamağa köməklik göstərir”.
Qeyd edək ki, Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.
Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.