İtkin düşən 82 yaşlı Sumqayıt sakini axtarılır

Sumqayıt şəhəri Xəzər bağlar massivində yaşayan 82 yaşlı Yunus Hüseynov  cari il yanvarın 31-də gəzmək adı ilə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: boyu 165 sm., arıq bədən quruluşlu, ağbəniz, saçları qısa və ağarmış, gözlərinin rəngi qəhvəyi, sifətində digər fərqləndirici əlamətləri yoxdur.
Y.Hüseynov evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy rəngdə cins şalvar, qəhvəyi rəngdə poliver, başında qara papaq (kepka), ayağında qara ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin Sumqayıt ŞPİ-yə (018) 65-4-02-02 şəhər və (077) 458-17-18 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.