Mütəxəssislər bağırsaq disbalansına səbəb olan 5 əsas amili açıqladı…

Sağlamlığımız çox dərəcədə bağırsaq mikroflorasının balansından  asılıdır: “yaxşı” mikroorqanizmlər üstünlük təşkil edirsə, bu normal həyat tonusundan, möhkəm sağlamlıq və yaxşı immunitetdən xəbər verir.
Bəs hansı davranış və hallar bağırsaq mikroflorasına mənfi təsir göstəri?
1. Qeyri-müntəzəm yemək.
Öz qrafikinizə əməl edin –  gündə təxminən eyni vaxtlarda  yeyin. Yeri gəlmişkən, yolda, ayaq üstdə yeməyin: dayanıb rahat bir şəraitdə yeyin.
 
2. Həzm sistemində problemlər. 
Daxili orqanlarınızın xəstəlikləri varsa, onlarla mütləq mübarizə aparmaq lazımdır – lazımi müayinələrdən keçin, həkim tövsiyələrinə əməl edin və müalicə olunun.
3. Antibiotiklər.
Heç bir halda “həkim” rolunu oynamayın və özünüzə belə ciddi dərmanlar təyin etməyin. Məlumdur ki, antibiotiklər zərərli mikroorqanizmlərlə yanaşı,  sağlamlıq üçün lazım olan bakteriyaları  da öldürür.
4. Fiziki fəallığın olmaması.
Unutmayın ki, passiv bir həyat tərzi və oturaq iş bir sıra təhlükəli xəstəliklərin inkişafına səbəb olur. Gündə iki dəfə yüngül məşqlər etmək üçün vaxt ayırın.
5. Səhv qidalanma.
Tərkibində süni kimyəvi əlavələr olmayan təbii məhsulların lehinə ləzzətli qidalardan imtina etmək gərəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.