92 yaşlı qocanın 80 ildir yumadığı saçları 5 metrdən uzundu – MARAQLI…

Vyetnamlı qoca sonuncu dəfə saçını 12 yaşında yuyub.

 92 yaşlı qocanın beş metrdən çox uzun olan saçları medianın marağına səbəb olub.
Vyetnamın cənubunda Mekonq Delrasında yaşayan Nquyen Van Çien 80 il ərzində nə saçlarını kəsir, nə də yuyur. İnancına görə o yeddi tanrıya və doqquz qüvvəyə ibadət edir. Çien deyib ki, “əgər saçlarımı kəssəm, öləcəm. Buna görə də onlara toxunmağa cəsarət etmirəm və hətta onları daramıram da”.
Üçüncü sinifdən sonra saçlarını kəsməmək, daramamaq və yumamaq qərarına gələn Çien, “Ho Chi Minh City”-dən 80 kilometr qərbdə bir kənddə yaşayır. Vyetnamda “Dua” adlı mütləq bir inanc var. Bu dinin banisinin yalnız Hindistan cevizi yeyərək xilas olduğu iddia edilir və buna Hindistan cevizi dini də deyilir. Vyetnamda bu yalan din hesab olunduğu üçün qadağan edilib.
Çienin ən böyük dəstəkçisi isə 62 yaşlı beşinci oğlu Luomdur. Saçına qulluq etmək üçün atasında kömək edən Luom, özü də saçı ilə ölümsüzlük arasında bir bağlantı olduğuna inanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.