Yaşı 60-dan yuxarı olan müəllimlər əvəzlənəcək

Ali təhsil sistemində müəllimlərin yaş faktoru əsas rol oynayır. İki ali təhsil müəssisəsini çıxmaqla digərlərində 70 yaşdan yuxarı müəllimlərin sayı 10 faizdən, 50 yaşdan yuxarı müəllimlərin sayı isə 50 faizdən yuxarıdır.
Bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, bu baxımdan onlar üçün təhsilin distant formada aparılması vacibdir.
“Ümumitəhsil müəssisələrində yaşı 60-dan yuxarı, risk qrupunda olan müəllimlərin əmək haqları saxlanılmaqla başqa müəllimlərlə əvəz olunması planlaşdırılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.