Azərbaycanda məşhur fotojurnalist vəfat edib – foto

 

Məşhur fotojurnalist Fərid Xayrulin vəfat edib.
Bu barədə sosial şəbəkələrdə mərhumun yaxınları məlumat veriblər.
Qeyd edək ki, Fərid Xayrulin Azərbaycan Jurnalistlər İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının, “Azərbaycanın Fotoqrafları” yaradıcı birliyinin, Azərbaycan Memarlar İttifaqının üzvü idi.
21 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna “Əməkdar Mədəniyyət İşçisi” adı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.