S-400 raketi uçmadı, qayıdıb hərbçilərin üstünə düşdü – FOTO

Rusiyanın Həştərxan vilayətindəki Aşuluk hərbi poliqonunda “Army 2020” beynəlxalq ordu oyunları çərçivəsində keçirilən yarış zamanı təhlükəli insident baş verib.
Avqustun 26-da Rusiya ordusunun Havadan Müdafiə Qüvvələrinin yarışa qatılan heyəti S-400 “Triumf” zenit-raket kompleksindən raket atışı həyata keçirib. Lakin raket uçmaqdan “imtina edib” və geri qayıdaraq hərbçilərin üstünə düşüb.
“İnfoResist” portalı  xəbər verir ki, bu səhnəni Avropa press-foto agentliyinin fotoqrafı Yuri Koçetkov çəkə bilib. Müvafiq görüntülər İnstagram-da da yerləşdirilib, amma bir sutka sonra silinib.
Ehtimal edilir ki, raketin yürüş mühərriki işə düşməyib və nəticədə o, start mühərriki ilə bir neçə metr yuxarı qalxdıqdan sonra “geri qayıdıb”. İstisna deyil ki, raketin istifadə müddəti bitmiş olub.
S-400 “Triumf” zenit-raket kompleksləri Rusiya tərəfindən beynəlxalq silah bazarında geniş reklam edilir və bir çox ölkələr onu almaq üçün növbəyə düzülüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.