Şuşanı işğal edən general Qarabağda yeni döyüşlərin vaxtını AÇIQLADI

Ermənistan ordusunun general-mayoru, Qarabağ savaşı zamanı Azərbaycanın Şuşa şəhərinin işğal olunması ilə nəticələnən “Dağlarda toy” əməliyyatının rəhbəri Arkadi Ted-Tadevosyan yeni açıqlama verib.

General Tovuz istiqamətində iyulda baş verən döyüşlərin payızda Qarabağda təkrarlanacağını deyib.
“Düşünürəm ki, hər şey Rusiyanın özünü necə aparmasından asılı olacaq. Pis olan odur ki, biz çətin vəziyyətə düşəndə başqalarını ittiham edirik, ruslar bunu etmədi, onu etmədi və s. Amma biz özümüz də səhv edirik və bu barədə susuruq. Bəli, Rusiya var və get-gedə biz ondan uzaqlaşırıq. Qarabağda növbəti hərbi addımlar oktyabr-noyabr aylarında atıla bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.