ÜST rəhbəri: “Pandemiya psixi sağlamlığa zərbə vurur”

 

“COVID-19 pandemiyası milyonlarla insanın psixi sağlamlığına zərər yetirərək onlarda təşviş və qorxu hisslərinə səbəb olur, psixi səhiyyə xidmətlərinə mənfi təsir göstərir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adonom Gebreyesus brifinq zamanı bildirib.
O, hazırkı pandemiya dövründə psixiatr həkimlər arasında yoluxma halları nəticəsində bəzi səhiyyə mərkəzlərinin koronavirusdan müalicə mərkəzi kimi fəaliyyət göstərməyə başladığını, halbuki psixiatriyanın hələ pandemiyadan əvvəl bir qədər diqqətdən kənarda qalması üzündən 1 milyardadək insanın psixi pozuntularla yaşamağa məhkum olduğunu deyib: “Belə ki, hələlik əhaliyə keyfiyyətli psixiatriya xidmətləri nisbətən məhdud sayda göstərilir. Aşağı və orta gəlirli ölkələrdə psixi, nevroloji, maddələr mübadiləsi pozğunluğu olanların 75 faizindən çoxu lazımi qədər müalicə almırlar”.
ÜST rəhbəri bu il oktyabrın 10-da qeyd ediləcək Dünya Psixi Sağlamlıq Günü Qlobal Psixi Sağlamlıq Naminə Birlik və Dünya Psixi Sağlamlıq Federasiyası ilə birgə psixi səhiyyəyə sərmayələri artırmaq uğrunda irimiqyaslı kampaniya keçirəcəklərini diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.