Beynində 17 il 13 sm-lik qurd gəzdirdi – 6 yaşında yediyi çiy ilan ucbatından…

Donuz əti yemiş amerikalı və bacısının beyinlərindən isə böyük bir lent qurdu çıxarılıb…

 

Çinlinin beynindən təxminən 13 santimetr uzunluğunda canlı bir qurd götürülüb.
Bu haqda “Daily Mail” nəşri yazıb.
Parazit  kişinin başında 17  il yaşayıb.
23 yaşındakı bu gənc 6 yaşından ətraflarının uyuşmasından əziyyət çəkdiyini söyləyib. Yalnız bədəninin yuxarı sağ hissəsində hissiyyatını tam itirdikdən sonra həkimlərə müraciət edib.
Həkimlər parazitin bədənə daxil olmasının oğlanın çiy ekzotik ət – məsələn, qurbağa və ya ilan yeməsindən qaynaqlandığını irəli sürübülər.
Çinli oğlan uşaq vaxtında valideynlərinin həmişə sağlamlıq şikayətlərini qulaqardına vurduqlarını bildirib. Buna görə də o, narahatlığını genetik bir xəstəliyin təzahürü hesab edərək heç vaxt xəstəxanaya getməyib.
Bundan əvvəl həkimlərin on ildir parazitin səbəb olduğu baş ağrısından əziyyət çəkən bir amerikalının beynindən böyük bir lent qurdunu çıxarması haqda informasiya yayılıb. Qurd onun bacısının da beynindən götürülüb. Onlar hər ikisi çox pis bişmiş donuz əti yeyərək  birgə yoluxublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.