Gündüz gümrah qalmaq üçün cəmi 20 dəqiqəlik yuxunun kifayət etdiyi bilindi…

 

 Gündüz yuxusu üçün optimal müddət  hesablanıb. Mütəxəssislərin fikrincə, iş qabiliyyətini bərpa etmək üçün gün ərzində yalnız 20 dəqiqəlik yuxu kifayətdir.
Rusiya Elmlər Akademiyası Ali Sinir Fəaliyyəti və Neyrofiziologiya İnstitutunun yuxu və gümrahlıq neyrobiyoloji laboratoriyasının müdiri Vladimir Doroxov bu barədə “Danışır Moskva” nəşrinə müsahibəsində danışıb.
“20 dəqiqədən çox yatsan, yuxu dərinləşəcək. Belə yuxulu vəziyyətdən tamamilə çıxmaq üçün isə vaxt lazımdır. Buna “yuxu ətaləti” deyilir. Dərin yuxudan sonra bərpa 20-40 dəqiqə davam edir. Bu da iş şəraitində əlverişsizdir ”-deyə alim izah edib.
Eyni zamanda mütəxəssis bir insanın nizamsız bir iş günü varsa, yəni konkret işə başlama və bitirmə vaxtı müəyyən deyilsə,  1 saatlıq yuxunun ona fayda verəcəyini də əlavə edib. Bu cür istirahət sayəsində  o, axşama qədər gümrah qala bilər.
Bundan əlavə, Doroxov vurğulayıb ki, gündüz yuxu müddətini hesablayarkən bərpa olunma vaxtını da unutmamalısan. Bu, xüsusilə işləri riskli olan insanlar – fabrik işçiləri və ya sürücülər üçün doğrudur.
Alimin fikrincə, ən yaxşısı günortadan sonra – saat 13 ilə 15 arasında istirahət etməkdir. Həmin vaxt insanlar bir qayda olaraq qeyri-iradi yuxulu olurlar…
Xatırladaq ki, bu günlərdə bir qrup Çin alimi gündüz 1 saatdan çox yuxunun ölümcül dərəcədə təhlükəli ola biləcəyi nəticəsinə gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.