İnsan beynini komputerə bağlayan inqilabi cihaz təqdim olundu – FOTO

Elon Muskın çox böyük, zamandan irəlidə, bəlkə də insanlıq tarixini dəyişə biləcək iddiaları var.

Bir neçə saat əvvəl 3 ildir üzərində işlənilən “Neuralink” təqdim edildi. “Neuralink” insan beyni və kompüter arasında bluetooth ilə əlaqə yaratmağa kömək edən cihazdır.

📌 Təxminən bir qəpik ölçülərində olan bu cihaz görmə, eşitmə, yaddaş problemləri, ağrılar, depressiya, yuxusuzluq problemləri, hətta iflic kimi ciddi məsələlərdə insanlara kömək edəcək. Cihazı fotoda görə bilərsiniz. (ortada yuxarıda)

Gələcəkdə bu cihaz insan beyni və süni intellekt arasında da bir bağlantı yaradacağı iddia edilir.

Cihaz indiyə qədər siçanlar və donuzlar üzərində test edilib və işə yarayır. Hələ ki, insanlar üzərində test edilməyib.

Fotoda sol tərəfdə görünən tibbi robotik cihaz da “Neuralink”ə məxsusdur və nəzərdə tutulan cihazın 1024 ədəd elektrodu beynimizə “əkmək” – yerləşdirmək üçün hazırlanıb. Robot bu elektrodları beyinə yerləşdirərkən anesteziyaya ehtiyac olmayacaq. Həmin elektrodlar beynimizdəki siqnalları tutub bu kiçik cihaza göndərəcək. Bu cihaz da kompüterə, telefona və s. cihaza yönləndirəcək.

Cihazın əsas üstünlükləri odur ki, əlavə kabellər, sensorlar, böyük əlavə qurğulara ehtiyac yoxdur və cihaz bu tip qurğular arasında ilk dəfə ticari məqsədlər daşıyan, gələcəkdə adi insanlara satıla biləcək cihazlardır.

Qeyd: Əgər göstərilənlər, iddia edilənlər həqiqətə bir az da olsa yaxındırsa, gələcək çox fərqli olacaq. Dünya dəyişir. Ona uyğun biz də dəyişməliyik, yoxsa məhv olarıq.

Bu cihaz “Upgrade” filmini xatırladır. İzləməyinizi tövsiyə edirəm. İzləməmisinizsə, tövsiyə edilir.

#neuralink #beyin #kompüter #süniintellekt #elonmusk #gələcək #texnologiya #çip

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.