Komitə sədri 2-ci sinif şagirdi ilə görüşüb

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva 2-ci sinif şagirdi, karantin dönəmində maarifləndirici şeirləri ilə media və sosial şəbəkələrdə diqqət çəkən Zəhra İmranlı ilə görüşüb.

 

Bu barədə millət vəkili özünün sosial şəbəkədəki hesabında məlumat yayıb. Məlumatda deyilir:

 

“Görkəmli tarzən Ayaz İmranovun balaca və istedadlı qızı Zəhra Milli Məclisin Mədəniyyət komitəsində komitə sədri Qənirə Paşayeva ilə görüşüb. Komitə sədri Qənirə Paşayeva çox gözəl şeirlər söyləyən istedadlı Zəhraya uğurlar arzulayıb”.

 

Görüşə görə tarzən Ayaz İmranov millət vəkilinə öz dərin təşəkkürünü bildirib. Qeyd edib ki, bu görüş, ondan əldə etdiyi zəngin təəssürat Zəhraya gələcək fəaliyyəti üçün böyük stimul verəcək, onu yeni uğurlara həvəsləndirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.