Münhendə ilk dəfə alkoqol satışı və istifadəsi qadağan edildi

Münhen tarixində ilk dəfə gecələr ictimai yerlərdə alkoqollu içkilərin satılması və ya içilməsinə qoyulan qadağa tətbiq olunub.
Bu barədə şəhərin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bu qərarın verilməsi koronavirus infeksiyası hallarının sayının artması ilə əlaqədardır.
Qeyd olunub ki, qadağa müvəqqətidir və avqustun 28-dən sentyabrın 9-dək qüvvədə olacaq.
Qanunu pozan satıcı 500 avro cərimələnəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.