“Qara Pantera” vəfat edib – foto

“Marvel” kinematoqrafiyaçılarının super qəhrəman obrazı olan “Qara Pantera” rolunun ifaçısı, tanınmış amerikalı aktyor Çedvik Bouzman 43 yaşında vəfat edib.

Bu barədə aktyorun rəsmi “Twitter” səhifəsinə məlumat yer alıb.

“Çedvik Bouzmanın ölümünü sonsuz kədərlə bildiririk”, – paylaşımda belə deyilir.

2016-cı ildə Bouzmana üçüncü mərhələli yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub, sonradan onun xəstəliyi dördüncü mərhələyə keçib. Dörd il ərzində aktyor xəstəliklə mübarizə aparıb. O, öz evində dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.