UEFA-nın superkubok matçı təhlükə altındadır

İspaniyanın “Sevilya” və Almaniyanın “Bavariya” komandaları arasında UEFA superkuboku uğrunda matç təxirə salına bilər.
Macarıstan sentyabrın 1-dən etibarən koronavirus infeksiyasına yoluxmanın artması səbəbindən bütün xarici vətəndaşlar üçün sərhədləri bağlamağa qərar verib.
Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilməlidir.
Beləliklə, UEFA superkuboku uğrunda qarşılaşmanın keçirilməsi sual altına düşüb.
Xatırladaq ki, “Bavariya” Çempionlar Liqasının finalında Fransa PSJ-sini 1:0 hesabı ilə üstələyib. “Sevilya” isə Avropa Liqasındakı həlledici matçda İtaliya “İnter”indən güclü olub – 3:2.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.