Şirvanda yanğın olub, 2 və 5 yaşlı iki qardaş ölüb

Şirvan şəhərində yataqxanada yanğın baş verib.

Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan birotaqlı mənzildə 1 ədəd divan yanıb.
Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil sahibinin övladları, 2015-ci il təvəllüdlü Vəliyev Eldar Pünhan oğlu və 2018-ci il təvəllüdlü Vəliyev Araz Pünhan oğlu tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən xəstəxanaya aparılıb və hər ikisi orada vəfat edib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.