Bu smartfonların sahiblərindən qanunsuz pul çıxılır

Çinin “Transssion” şirkətinin istehsal etdiyi “Techno” smartfonlarında zərərli proqram təminatı aşkarlanıb.
Sözügedən smartfonların bir çox sahibləri heç istəmədikləri ödənişli abunələrə qoşularaq hesablarından pul çıxıldığını bildirirlər.
Zərərli proqramları tədqiq edən “Secure-D” agentliyinə görə bütün “Techno” smartfonlarına quraşdırılan “xHelper” və “Triada” proqramları vasitəsilə gizli olaraq əlavələr yükləməklə sahiblərin xəbəri olmadan onları müxtəlif ödənişli xidmətlərə abunə yazdırırmış.
Həmçinin “Xiaomi” və ya “Samsung”a nisbətən çox ucuz qiymətləri sayəsində “Transsion”un hazırda smartfon istehsalçıları siyahısında “Apple”, “Samsung”, “Huawei”dən sonra dördüncü yerdə olduğu da göstərilir.
Həmçinin “TCL Communication”un “Alcatel” telefonlarında da quraşdırılmış zərərli proqramlar aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.