Mollalar idman normativlərini yerinə yetirdi…-İBRƏTAMİZ-FOTOLAR

“Hamımız bilirik ki, sağlamlıq Uca Allahın bizlərə əmanətidir. Odur ki, Yaradana şükür etməli və sağlamlığımızı qorumalıyıq…”
 “Əməyə və müdafiəyə hazır ol!”(ƏMH). Bir zamanlar sovet Azərbaycanında da məşhur olan bu şüar altında Dağıstan Müftiliyinin(müsəlmanların dini idarəsi) əməkdaşları sədr Şamil Əlixanovun rəhbərliyi ilə Mahaçqaladakı Yelena Isinbayeva  adına stadiona toplanaraq bir sıra fiziki normativləri yerinə yetiriblər.
ƏMH standartlarının yerinə yetirilməsində respublikanın bütün şəhər və bölgələrindən olan din xadimləri, mollalar iştirak ediblər.
Qeyd edək ki, proqrama aşağıdakı idman sınaqları daxil olub: müxtəlif məsafələrə qaçmaq, turnikdə dartınmaq,  yerindən uzununa tullanmaq, ayaq üstə aşağı əyilmək, idman mərmilərini uzağa atmaq.
“Hamımız bilirik ki, sağlamlıq Uca Allahın bizlərə əmanətidir. Odur ki, Yaradana şükür etməli və sağlamlığımızı qorumalıyıq. Sağlamlığı qorumağın yollarından biri də sağlam həyat tərzinin təbliğinə yönəlmiş müxtəlif fəaliyyətlərin həyata keçirilməsidir”- Dağıstan Müftiliyinin sədri Şamil Əlixanov belə deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.