Koronavirus “Koka-Kola”-nın da belini bükdü – Minlərlə çalışanı işdən çıxarılacaq…

Koronavirus səbəbi ilə böhran yaşayan nəhəng şirkətlərin sırasına “Koka-Kola”da girib.

2020-ci ilin ikinci yarısında satışları 28 faiz azalan nəhəng şirkət minlərlə çalışanını işdən çıxaracağını açıqlayıb.
Şirkət eyni zamanda iş bölmələrinin də sayının azaldılacağını və işdən çıxarmaların könüllü və könülsüz olaraq iki şəkildə həyata keçiriləcəyini bildirib.
Qeyd edək ki, şirkət rəsmiləri ABŞ, Kanada və Puerto Rikodaki 4 min çalışanına da işdən çıxarma haqqında məlumat verdiklərini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.