77-ci Venesiya film festivalı işə başlayıb – VİDEO

İtaliyanın Lido adasında 77-ci Beynəlxalq Venesiya Film Festivalı işə başlayıb.

“Euronews”un məlumatına görə, festival pandemiya başlayandan bəri bu miqyasda ilk mədəni tədbir hesab olunur.

Festival koronavirus səbəbi ilə müxtəlif qadağalarla müşahidə edilib.

Festivalın tarixində ilk dəfə olaraq tamaşaçılar qırmızı xalının kənarına buraxılmayıb, tədbirin keçirildiyi salonlarda oturacaqların sayı azaldılıb, tibbi maskaların taxılması hər yerdə məcburi olub.

Qeyd edək ki, Venesiya Film Festivalı dünyanın ən qədim film festivallarından biridir. Tədbir hər il avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.