“Qalatasaray” “Neftçi” ilə oyun üçün matça çıxır

“Neftçi”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Qalatasaray” bu gün yoxlama oyunu keçirəcək.

İstanbul komandası bu yay “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu heyətinə cəlb etməyə çalışan Super Liqanın debütantı “Hatayspor”la qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bu matçda baş məşqçi Fatih Terimin Super Liqanın ilk turu və Avropa Liqası matçı üçün heyətini formalaşdıracağı gözlənilir. Çünki “Qalatasaray” daha əvvəl I divizion klubları – “İstanbulspor” (1:0) və “Ümraniyəspor” (2:0) ilə gücünü sınayıb.

Xatırladaq ki, “Neftçi” – “Qalatasaray” görüşü sentyabrın 17-də Bakıda baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.