Sumqayıtın xəstəlik saçan küçəsi niyə unudulub? – VİDEO

Sumqayıtda unudulan ərazi dəhşət saçır.

Bu barədə  ərazidə yaşayan sakinlər məlumat verib. Söhbət şəhərin Stansiya Sumqayıt adlanan ərazisindən gedir.

Sakinlərin sözlərinə görə, ərazidə zibillik əlindən yaşamaq mümkün deyil:

“İki ildən çoxdur ki, əraziyə məişət tullantıları atılır. Ərazidə bataqlıq, natəmizlik baş alıb gedir. Dəfələrlə aidiyyəti qurumlara, icra hakimiyyətinə müraciət etsək də, şikayətimizə baxan olmayıb. Hər gün bu yoldan mindən çox ailə istifadə edir. Bu şəraitdə hər cür xəstəlik yarana bilər. Xahiş edirik ki, məsələnin həlli üçün köməklik göstərəsiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.