Toy etmək ölkə üzrə QADAĞAN EDİLDİ

Türkiyədə toy mərasimləri ölkə üzrə qadağan edilib.

Daxili İşlər Nazirliyi bu günə kimi 14 şəhərdə icazə verilməyən toy-nişan tədbirlərini ölkə üzrə qadağan edən sənəd hazırlayıb.

Yeni qərara əsasən, 4 sentyabr tarixindən etibarən toy, nikah, nişan mərasimləri qadağan ediləcək.

Yalnız nikah şəklində keçirilən məclislər bir saat davam edə bilər. Həmin məclislərdə kütləvi şəkildə yemək verilməsi, bəylə gəlinin birinci və ikinci dərəcəli yaxını olmayan 65 yaş və ondan yuxarı şəxslərin, 15 yaşdan aşağı uşaqların nikah mərasimlərinə gəlməsi də qadağandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.