Türkiyə iki koronavirus vaksinini sınaqdan keçirir

“Türkiyə hakimiyyəti yaxın vaxtlarda Rusiyada istehsal edilmiş koronavirus əleyhinə vaksininin sınaqlarına icazə verə bilər”.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

“Biz Rusiyada hazırlanan vaksinin sınaqları ilə bağlı sorğunu aldıq. Düşünürəm ki, yaxın vaxtlarda buna icazə veriləcək. Bundan başqa, hazırda ölkədə iki yerli vaksininin sınaqları keçirilir”, – Koca jurnalistlərə deyib.

O əlavə edib ki, belə sınaqlar Türkiyədə yalnız könüllülər üzərində keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.