Ukrayna MDB-nin daha üç sazişindən ÇIXDI

Ukraynanın Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Ukrayna MDB-nin daha üç sazişində, xüsusilə, Baytarlıq sahəsində, təşkilata üzvü olan dövlətlərin ərazilərinin sanitar mühafizəsi sahəsində əməkdaşlıq haqqında və Bitki Karantini üzrə Koordinasiya Şurasının yaradılması barədə sazişlərdə iştirakını dayandırıb.

Bu qərar hökumətin sentyabrın 2-si keçirilmiş iclasında qəbul edilib.

Xatırladaq ki, avqust ayında Ukrayna MDB çərçivəsində yeddi beynəlxalq sazişdən çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.